Usta qapısında yatan 5 avtomobil VİDEO

17.08.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi avtomobil modelləri tez-tez təmirə ehtiyac duymaları və müəyyən nasazlıqlarının təkrarlanması ilə sürücülər arasında narazılıq yaradır. Azərbaycanda da bəzi modellərin ustalarda daha çox göründüyü bildirilir.
Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Paylaşımda Azərbaycandakı avtomobil bazarı, internet araşdırmaları, sürücü rəyləri və avtomobil ustalarının qeyd etdiyi problemlər əsasında tez-tez servisdə olduğu iddia edilən 5 modelin adı açıqlanıb.
 “Chevrolet Cruz”
Siyahıda ilk sırada  “Chevrolet Cruze” yer alıb. Modeldə soyutma sistemi, termostat, yağ soyuducusu və sürətlər qutusu ilə bağlı problemlərin daha çox qeyd edildiyi bildirilib.
“Opel Astra”
İkinci yerdə “Opel Astra” göstərilib. Paylaşımda bu modeldə turbo nasazlıqları, antifriz sızmaları və mühərrik problemlərinin sahibləri narahat etdiyi qeyd olunub.
“Volkswagen Golf və Jetta”
“Volkswagen”in “Golf” və “Jetta” modelləri də siyahıya daxil edilib. Xüsusilə köhnə model mühərriklərdə zəncirin uzanması, yüksək yağ sərfiyyatı və turbo ilə bağlı nasazlıqların müşahidə olunduğu bildirilib.
“Audi A4”
Dördüncü sırada “Audi A4” göstərilib. Modelin bəzi versiyalarında yüksək yağ sərfiyyatı, zamanlama zənciri və su nasosu ilə bağlı problemlərin daha çox rast gəlindiyi iddia edilib.
“BMW E90”
Siyahının sonuncu modelinin “BMW E90” olduğu bildirilib. Xüsusilə bəzi mühərriklərində zamanlama zənciri, yağ sızmaları və yüksək təmir xərclərinin sürücülər üçün problem yaratdığı qeyd olunub.
 
@asil.mif

USTAYA TEZ-TEZ GEDƏN İKİNCİ ƏL MAŞINLAR

♬ orijinal səs - Asil Mif | Maarifçi Bloqer

Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью