Usta təmir işləri apardığı evdən altı min dollar oğurladı

01.06.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtın Binəqədi rayonunda evlərdən birindən 6000 dollar nağd pul naməlum şəraitdə oğurlanıb.

Moderator.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 51 yaşlı G.İsgəndərov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun taladığı evdə bir müddət usta kimi çalışdığı da məlum olub.

Rayon ərazisində keçirilən digər tədbirlər nəticəsində isə iki marketdən spirtli içki, tütün məmulatı və digər məhsulları oğurlamaqda şübhəli bilinən 48 yaşlı R.Hüseynov və 21 yaşlı A.Abbaslı da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью