Ustadımın yolu ilə. Operetta inciləri adlı konsert proqramı VİDEO

27.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Ramil Qasımov "Ustadımın yolu ilə. Operetta inciləri" adlı konsert proqramı təqdim edəcək. 

21 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Ustadımın yolu ilə. Operetta inciləri" adlı konsert proqramı təqdim ediləcək. 

Əməkdar artist Ramil Qasımovun ifasında ötən illərin operettalarından ariya və mahnılar ifa olunacaq.
Ramil Qasımovu Akademik Musiqili Teatrın baş dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin dirijorluğu ilə teatrın simfonik orkestri müşayiət edəcək.

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə etmək olar. 

Kollektiv sifarişlər də qəbul olunur.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью