Ustadına əhsən! də səməni cücərdirik: Yaxşı olar ki, sari buğda alınsın

28.02.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarşıdan Novruz bayramı gəlir. Bu bayram xalqımızın ənənə və dəyərlərinin yaşadılması, gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığı üçün onu sevə-sevə qarşılayırıq.

Novruz bayramını xarakterizə edən bir çox simvollar var. Məsələn, şəkərbura, paxlava, qoğal Novruz süfrəsinin əvəzolunmaz nemətləridir.

Novruzun əsas simvolu isə bahar ətirli, yamyaşıl səmənidir. O, təkcə fəslin dəyişməsini yox, həm də həyatın təzələnməsini, yeni başlanğıcları simvolizə edir.

Bəs bugünkü Novruz bayramı əvvəlkilərdən nə ilə fərqlənir? Hansı adətlər yaddaşlarda qalıb? Qızıl qolbağı Ənzəli balığının ağzına niyə qoyurdular? Səməni cücərdərkən nələrə diqqət etməliyik?

Bu sualların cavablarını Oxu.Az-ın "Ustadına əhsən!" layihəsinin növbəti qonağı filoloq Tamilla Xəlilovanın master-klasında tapacaqsınız.

Ətraflı videoda:

Ənzəli balığı, qızıl qolbaq, Novruzun ən vacib ənənəsi: "Ustadına əhsən!"də səməni cücərdirik

Əzizə İsmayılova

Video: Cavid Mehdiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью