Ustadına əhsən! Estetik əməliyyatsız ideal bədən forması üçün 30 dəqiqə

03.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bayramların bir xüsusiyyəti var ki, aurası, əhvalı bir-iki gün, maksimum bir həftə çəkir. Ancaq ziyafət süfrəsindən yığdığımız kalorilər bəzən həftələrlə bizi tərk etmək istəmir, piyə çevrilib bədən formamızı korlayır.

Bəs bu artıq kalorilərdən necə qurtulaq? Zala getmədən, ev şəraitində idman etməklə bədən formasını istənilən hala sala bilərikmi? Düzgün qidalanma necə olmalıdır? "Pivə qarnı"nı əritmək mümkündür? Formada qalmaq üçün həftədə neçə gün və ya neçə saat idmanla məşğul olmaq lazımdır? Estetik əməliyyat, yoxsa idman?

Bu və digər sualların cavabını Oxu.Az yeni layihəsi olan "Ustadına əhsən!"in növbəti buraxılışının qonağı fitnes müəlliməsi Mələk Nuruzadədən alıb.

Mələk Nuruzadə suallara cavab verməklə yanaşı, ev şəraitində asan idman hərəkətləri ilə çəki ataraq formada qalmağın yollarını göstərib, məşq zamanı yol verilən səhvləri izah edib.

Ətraflı - videoda:

"Ustadına əhsən!" - Estetik əməliyyatsız ideal bədən forması üçün 30 dəqiqə

Anar Həsənov

Video: Cavid Mehdiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью