Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Sosial şəbəkələrdə avtomobilin ustadan çıxdıqdan qısa müddət sonra yanaraq külə dönməsini əks etdirən görüntülər yayılıb. Belə halların baş verməsi avtomobil sahiblərinə həm maddi, həm də mənəvi zərər vurmaqla yanaşı, təmir xidmətlərinin keyfiyyəti və ustaların məsuliyyəti məsələsini də gündəmə gətirir.
Maraqlıdır, belə hallarda sürücülər hansı addımları ata bilərlər? Avtomobilin məhz təmirdən çıxdıqdan sonra nasazlanaraq yandığını və hadisənin servis tərəfindən görülən işlərlə əlaqəli olduğunu necə sübut etmək mümkündür?
“AutoProject” şirkətinin rəhbəri Elçin Abbasov məsələ ilə bağlı Demokrat.az-a danışıb.
Onun sözlərinə görə, avtomobil təmirdən çıxdıqdan qısa müddət sonra yanarsa, müştəri üçün ən vacib məsələ hadisənin düzgün sənədləşdirilməsidir:
"Yanğını söndürən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilkin araşdırma apararaq yanğının ehtimal olunan səbəbini müəyyənləşdirirlər. Buna görə həmin sənədlər sonrakı mərhələdə mühüm əhəmiyyət daşıyır. Avtomobil sahibi servisdə görülmüş işlərə dair qəbzləri, sifariş sənədlərini və yazışmaları saxlamalı, avtomobil isə mümkün qədər ekspertizaya qədər ilkin vəziyyətində qorunmalıdır".
Mütəxəssis əlavə edib ki, əgər mübahisə məhkəməyə qədər gedib çıxarsa, məhkəmə ekspertizası çərçivəsində Ədliyyə Nazirliyinin müvafiq ekspertiza qurumu tərəfindən yanğının səbəbi və servisdə aparılmış təmirlə əlaqəsi araşdırıla bilər:
"Əgər müəyyən edilərsə ki, yanğın servisdə görülmüş işdəki qüsur nəticəsində baş verib, avtomobil sahibi dəymiş zərərin ödənilməsini tələb etmək üçün əsas əldə edir".
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Maraqlıdır, belə hallarda sürücülər hansı addımları ata bilərlər? Avtomobilin məhz təmirdən çıxdıqdan sonra nasazlanaraq yandığını və hadisənin servis tərəfindən görülən işlərlə əlaqəli olduğunu necə sübut etmək mümkündür?
“AutoProject” şirkətinin rəhbəri Elçin Abbasov məsələ ilə bağlı Demokrat.az-a danışıb.
Onun sözlərinə görə, avtomobil təmirdən çıxdıqdan qısa müddət sonra yanarsa, müştəri üçün ən vacib məsələ hadisənin düzgün sənədləşdirilməsidir:
"Yanğını söndürən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilkin araşdırma apararaq yanğının ehtimal olunan səbəbini müəyyənləşdirirlər. Buna görə həmin sənədlər sonrakı mərhələdə mühüm əhəmiyyət daşıyır. Avtomobil sahibi servisdə görülmüş işlərə dair qəbzləri, sifariş sənədlərini və yazışmaları saxlamalı, avtomobil isə mümkün qədər ekspertizaya qədər ilkin vəziyyətində qorunmalıdır".
Mütəxəssis əlavə edib ki, əgər mübahisə məhkəməyə qədər gedib çıxarsa, məhkəmə ekspertizası çərçivəsində Ədliyyə Nazirliyinin müvafiq ekspertiza qurumu tərəfindən yanğının səbəbi və servisdə aparılmış təmirlə əlaqəsi araşdırıla bilər:
"Əgər müəyyən edilərsə ki, yanğın servisdə görülmüş işdəki qüsur nəticəsində baş verib, avtomobil sahibi dəymiş zərərin ödənilməsini tələb etmək üçün əsas əldə edir".
@shusayev.h ♬ Drift - Midex Beatz
Fidan Hacızadə