ÜSTün rəhbəri RiodeJaneyroda xəstəxanaya yerləşdirildi

21.11.2024

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Rio-de-Janeyroda hipertonik böhran əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Braziliyanın "O Globo" qəzeti məlumat yayıb.
Mənbə qeyd edir ki, G20 sammitində iştirak etmək üçün Rio-de-Janeyroda olan ÜST rəhbəri Müasir İncəsənət Muzeyində (MİM) keçirilən tədbir zamanı ilk dəfə tibbi yardım üçün müraciət edib.
Sonra onun qan təzyiqi yüksəlib və o, G20 diplomatik blokunda növbətçi həkimlər qrupu tərəfindən müayinə olunub. Onun təzyiqi normallaşdıqdan sonra həkimlər dərman resepti yazıblar.
Nəticədə o, Rio-de-Janeyrodakı Samaritano Barra özəl xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, G20 liderlərinin sammiti noyabrın 18-19-da Rio-de-Janeyroda baş tutub.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью