Üstünə bağırdığım tək kişi Qadın şairlərimizdən seçmə şeirlər | Icma.az
Icma.az, Kulis.az portalına istinadən məlumat yayır. Kulis.az 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadın şairlərimizdən seçmə şeir
Fəridə Nənəmin əlində xəlbir buğda təmizləməkçün gözlədiyi külək kimi gəl – sovur ayrılıqları buğda qabığı kimi.
Arx kənarlarında dərməyə qıymadığım bənövşələrin ətri ol, dol burnuma gəəəl! O nəfəsə ehtiyacım var... Biz gözləməyi anamızdan öyrəndik!
Bayram axşamlarında cəbhədən gələcəkdi atam gözləyə-gözləyə yuxuya daldıq... Gəlmədi!
Atamın gələ bilmədiyi günlərdən çıx gəl evə müharibənin və mürgülü arzuların acığına!
Dərsə cavab vermək üçün havada bayraq oldu əllərim laaap axırıncı partadan dur, gəl lövhəyə çağırmayan müəllimin acığına cavab ol suallarıma...
Gizlində oxuduğum kitabların səhifələrindən qopub düş, gizlən şeirimin sətirlərində!
Sonra hardansa çıx, gəl Lap elə, bir qadının qollarından... *** Günel Mövlud Salam, şair, darıxıram, bu təklik Yenə məni üzüyumşaq tanıdı.
Tam oxu
Xəbəri oxu