Üstünlüyü olan sürücünün qarşısını kəsib əl qolla etiraz etdi VİDEO

17.06.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü digər avtomobilə maneə törədib. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, 99-CL-305 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sola dönən zaman əks istiqamətdən gəlib düzünə hərəkət edən avtomobilin qarşısını kəsib. O, yol vermək əvəzinə, şüşəni açaraq əl-qol hərəkətləri ilə özünə haqq qazandırmağa çalışıb.

"Yol hərəkəti haqqında" qanunun 76-cı maddəsində qeyd olunub ki, relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью