Usubağa Məmmədova vəzifə verildi FOTO

25.03.2025

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Telemexanika Zavodu” MMC-nin direktoru Feyruz Əsədov vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, onu Usubağa Məmmədov əvəz edib.

O, bundan əvvəl də - 2020-ci ilin oktyabr ayına qədər zavoda rəhbərlik edib.

Xatırladaq ki, “Telemexanika Zavodu” 1981-сi ildən müxtəlif adlar altında fəaliyyət göstərən "Telemexanika" İstehsalat Birliyinin bazasında 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 138,1 milyon manatdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью