Üsyançılar Əsəd ordusunun müdafiə bazasını, qırıcılarını ələ keçirdi | Icma.az
Modern.az saytına istinadən Icma.az xəbər verir. Suriyada prezident Bəşər Əsədin ordusunu sıxışdıran "Heyət Təhrir əş-Şam" (HTŞ) müxalif sil
Üsyançılar “Pantsir-С1” zenit-raket komplekslərinin batareyasına, eləcə də bir neçə digər hava hücumundan müdafiə sistemlərinə yiyələniblər.
Yerli mənbələrin və monitorinq qruplarının məlumatına görə, ələ keçirilən bazada 4 ədəd MiQ-21 qırıcısı da aşkar edilib.
Bu arada İram İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın İran mediası iddia edir ki, Suriya ordusunun 87-ci Xüsusi Təyinatlı Qüvvələri əks-hücumla Hama hərbi hava limanı və Cəbəl Zeyn əl-Abidin bölgəsinə nəzarəti ələ keçirib.
Həmçinin bildirilir ki, Rusiya aviasiyası Hama ilə Homs arasında nəqliyyat əlaqəsində əsas rol oynayan Rastan şəhərindəki körpüyə hava zərbəsi endirib.
Zərbənin əsas məqsədi cənuba doğru irəliləyişlərini davam etdirmək istəyən üsyançıların hərəkətini ləngitməkdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu