Üsyançılar Qomaya nəzarəti ələ keçirdi FOTOLAR

27.01.2025

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Konqo Demokratik Respublikasında “​M23” üsyançıları ilə hökumət qoşunları arasında toqquşma olub.
Demokrat.az  BBC-yə istinadən xəbər verir ki, “M23” üsyançıları Konqonun şərqindəki Qoma şəhərinin mərkəzinə daxil olub.
Hava limanından şimala doğru hərəkət edən üsyançıların bu bölgəyə nəzarət etdikləri bildirilir. BMT-dən olan mənbələr də faktı təsdiqləyib. 
Qeyd

edək ki, üsyançılarla Konqo ordusu arasında günlərdir, davam edən qarşıdurmalar nəticəsində yüzlərlə insan yaralanaraq xəstəxanalara yerləşdirilib, on minlərlə insan isə ölkəni tərk etmək məcburiyyətində qalıb.

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью