“Utair” Moskvadan Lənkərana uçuşlar açır

02.04.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Rusiyanın “Utair” aviaşirkəti aprelin 5-dən Azərbaycanın kurort şəhəri - Lənkərana Moskvadan (Vnukovo hava limanı) uçuş proqramına başlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.
Bildirilib ki, uçuşlar həftədə bir dəfə - şənbə günləri planlaşdırılır. Moskvadan uçuş saat 15:45-də, Lənkərandan saat 21:25-də baş tutacaq və səyahət müddəti 3 saat 40 dəqiqə olacaq.
Qeyd edək ki, saytda uçuşun minimal qiyməti 230 manat olaraq göstərilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью