Utilizasiya haqqının artırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

18.04.2025

Icma.az bildirir, News24 portalına istinadən.

Ölkə ərazisinə idxal olunan nəqliyyat vasitələrinin utilizasiyası üçün ödənişin məbləğinin artırılması ilə bağlı hələlik məlumat yoxdur.

News24.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Daxilolmalara nəzarət Baş İdarəsinin əməkdaşı Aysel Məmmədli jurnalistlər üçün keçirilən "Rəqəmsal gömrük və media" adlı tədbirdə deyib.

O bildirib ki, ölkəyə idxal olunan avtomobillərə münasibətdə utilizasiya haqqı məcburidir:

"Əgər istehsal ili 4 ildən 7 ilə qədərdirsə 400, 7 ildən çoxdursa 700 manatdır. Elektrik mühərrikləri nəqliyyat vasitələri üçün utilizasiya haqqında heç bir fərq yoxdur"./bizim.media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью