Icma.az, Fanat saytına istinadən bildirir.
"Zirə" ilə müqaviləsinin müddəti başa çatmasa da, "qartallar"ı tərk etmək istəyən hücumçu Rafael Utsiq Azərbaycana qayıdıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, hazırda Bakıda olan alman əsilli braziliyalı "qartallar"ın hazırlığında iştirak etmir.
Xatırladaq ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov bu yay "Qarabağ"la keçirdikləri yoxlama oyunundan (0:4) sonra Utsiqə xəbərdarlıq edildiyini və düşərgəyə qayıdacağı halda, məsuliyyətsizliyinə görə böyük məbləğdə cərimələnəcəyini bildirib.
Nihat
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol