Utulizasiya edilən avtomobillərə görə nə qədər məbləğ ödənilib? RƏSMİ CAVAB

04.02.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Köhnə və istifadəyə yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə bağlı tətbiq edilən utilizasiya mexanizmi real nəticələr verməkdədir.

BAKU.WS-in məlumatına görə, ətraf mühitin qorunması, yol təhlükəsizliyinin artırılması və avtomobil parkının yenilənməsi məqsədi daşıyan bu proses çərçivəsində minlərlə nəqliyyat vasitəsi artıq yollardan yığışdırılıb.

Bundan əlavə vətəndaşlara maliyyə dəstəyi göstərilib və yerli istehsal avtomobillərinə maraq əhəmiyyətli dərəcədə artıb.

Bəs, Azərbaycanda bu günə kimi utulizasiya edilən avtomobillərin sayı nə qədərdir?

"Təmiz Şəhər" ASC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq həyata keçirilən prosesdə 2024-cü ilin oktyabr ayından bugünədək 20292 nəqliyyat vasitəsi utilizasiyaya verilib:

"Köhnəlmiş və ya yararsız nəqliyyat vasitələrini təhvil verən ərizəçilərin bank hesabına 993 min manatdan çox birdəfəlik ödəniş köçürülüb. Həmçinin 1115 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib".

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью