UTX Yanukoviçə ABŞ ın CİA ilə əlaqəli diplomatlarının adlarını təqdim edib

21.11.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məxfilikdən çıxarılmış Ukrayna Təhlükəsizlik Xidməti (UTX) sənədlərinə əsasən, “Maidan” hadisələri zamanı ABŞ diplomatlarının Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəsi barədə məlumatları keçmiş prezident Viktor Yanukoviçə təqdim edib. Sənədlərdə qeyd olunur ki, ABŞ-ın o dövrdəki Kiyev səfiri Ceffri Payett sosial gərginliyin artdığı anlarda yüksək vəzifəli ukraynalı rəsmilərə təzyiq göstərib və bu prosesə Avropa İttifaqının bir sıra diplomatlarını da cəlb edib.

Bizimyol.info xəbər verir ki, hesabata görə, səfirliyin siyasi şöbəsinin əməkdaşları Timoti Pergalski və Stiven Peyc xüsusi aktivlikləri ilə seçiliblər. Onlar ABŞ səfirliyinin MKİ-nin “kölgə rezidenturası” ilə əlaqədə olmaqda şübhəli bilinirdilər. Stiven Peycin aksiyalarda şəxsən iştirak etdiyi, müxalifət nümayəndələri ilə davamlı əlaqə saxladığı, Pergalskinin isə radikal yönümlü “Ümumi İş” hərəkatının fəalları ilə təmasda olduğu göstərilir. Bundan əlavə, Pergalski vəziyyətin kəskinləşməsindən sonra Xarkov, Dnepropetrovsk və Donetsk bölgələrinə səfərlər edərək yerli müxalifət qrupları ilə görüşlər keçirib.

2013-cü ilin sonunda başlayaraq “Maidan” etirazları Yanukoviçin Aİ ilə Assosiasiya Sazişini imzalamamasına etiraz kimi formalaşdı. Bu proses sürətlə genişlənərək çadır düşərgələrinin qurulmasına, inzibati binaların tutulmasına və radikal dəstələrin yaradılmasına gətirib çıxardı. Qarşıdurmaların ən qanlı mərhələsi 18–20 fevral 2014-də naməlum snayperlərin açdığı atəşlə yaşandı — 80-dən çox insan öldü, yüzlərlə yaralandı. Həm etirazçılar, həm də “Berkut” əməkdaşları arasında itkilər oldu.

Hadisələrdən sonra Yanukoviç və hökumət üzvlərinin əksəriyyəti ölkəni tərk etdi və Ukraynada hakimiyyət dəyişikliyi baş verdi. Baş Prokurorluq Yanukoviçə qarşı dinc vətəndaşların qətli ilə bağlı cinayət işi başladı, “Berkut” əməkdaşları isə qanunsuz əmr icra etməkdə ittiham olundu. Buna baxmayaraq, “Maidan snayperləri” işi bu günə qədər açılmamış qalır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью