Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri nəzarət tədbirləri çərçivəsində "MORS TRADİNG" MMC-nin Özbəkistandan idxal etdiyi təmizlənmiş araxis məhsuluna baxış keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, laborator müayinə nəticəsində Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Üç ton məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul olunub.
Sahibkarın müraciəti əsasında məhsul partiyaları məhv edilib.