Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Chinar Lunch Catering Service” MMC-nin İrandan gətirdiyi “Maryam Naderi Zarneh” şirkətinin istehsalı olan 1680 kiloqram nuqa qənnadı məhsulundan nümunələr götürülüb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, laborator sınaq nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qəbul olunmuş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.