Üz əməliyyatından sonra öz sümüklərini sırğaya çevirdi

23.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

ABŞ-də Aubrey adlı qadın üz plastik əməliyyatından sonra çıxarılan sümüklərindən sırğa düzəltməklə sosial media istifadəçilərini təəccübləndirib.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, qadın hələ əməliyyatdan əvvəl həkimlərlə razılaşıb ki, çıxarılan sümük parçaları atılmasın. 

Həkimlər isə onun bu xahişini qəbul ediblər.

Qadın bir neçə ay sonra sosial mediada sümük parçalarından zinət əşyası düzəltməyə razı olan sənətkar tapıb və öz sümüklərdən sırğa düzəltdirib. Sırğaların əsas hissəsi ağ qızıldan hazırlanıb.

Qadın bildirib ki, uzun müddət özünü qəbul etməkdə çətinlik çəkib və indi bu zinət əşyalarını keçdiyi yolun xatırlatması kimi görür.

Aubreynin hələ də bir neçə sümük parçası qalıb, buna görə də növbəti zinət əşyasının boyunbağı ola biləcəyini açıqlayıb

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью