Uzak şehir in prodüserləri Midyat məktəbi üçün labaratoriya yaratdı

13.05.2025

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

'Uzaq Şehir' serialında Alboralar malikanəsinə ev sahibliyi edən Narlı kəndi bu dəfə təhsildə gördüyü dəstəklə gündəmə gəlib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın prodüserliyini edən "AyNA Yapım", Mardinin Midyat rayonunun Narlı kəndində yerləşən və təxminən 180 şagirdi olan Narlı İbtidai məktəbi üçün müasir avadanlıqla təchiz edilmiş yeni elmi laboratoriya hazırlayıb.

Serialın heyəti sinifi şagirdlərin daha texnoloji və interaktiv öyrənmə mühitinə malik olmasını təmin edərək, laboratoriya üçün sınaq borularından tutmuş smart lövhələrə qədər bütün lazımi materiallar ilə təmin edib.

Həyata keçirilən layihə elm laboratoriyası olmaqla yanaşı, tələbələrə ilham, kənd camaatına ümid bəxş edib.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью