“Uzak Şehir” serialının yeni mövsümünün tarixi bəlli oldu

15.08.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kanal D-nin tamaşaçıların maraqla izlədiyi “Uzak Şehir” serialında yeni mövsüm hazırlıqları davam edir.
Demokrat.az
xəbər verir ki, serialın yeni mövsüm çəkilişlərinə avqustun 20-də başlanacağı məlum olub.
Bazar ertəsi axşamları tamaşaçıların görüşünə gələn serialın yeni mövsümü ərəfəsində aktyor heyətində də mühüm dəyişikliklər baş verib. Alper Çankaya, Burç Kümbetlioğlu, Ferit Kaya və Ahmet Varlı layihəni tərk edib.
Süjetə uyğun olaraq Şahin Albora və Boran Albora obrazlarının həyatını itirərək serialdan ayrıldığı bildirilir. Digər aktyorların isə mövsüm finalı ilə layihədən ayrıldığı qeyd olunur.
Avqustun 20-də yenidən kamera qarşısına keçəcək “Uzak Şehir”də yeni mövsümdə hadisələrin necə inkişaf edəcəyi və aktyor heyətinə hansı adların daxil olacağı maraq doğurur.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью