Uzak Şehir tamaşaçılarına pis xəbər

02.06.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Uzak Şehir" serialı mövsüm finalından sonra da gündəmdən düşmür. Ekran işinin son seriyası tamaşaçılarda növbəti mövsümlə bağlı çoxlu suallar yaradıb. Layihədə baş verən ayrılıqlarla yanaşı, bəzi aktyorların gələcək taleyi də maraq doğurub.
Bizim.Media bildirir ki, bu şəxslərdən biri də İpək obrazını canlandıran Çağla Şimşəkdir. Sosial şəbəkələrdə aktrisanın yeni mövsümdə komandada olub-olmayacağı geniş müzakirə edilir.
 

Jurnalist Birsen Altuntaş məsələyə aydınlıq gətirib. O bildirib ki, aktrisanın layihədəki gələcəyi ilə bağlı hələ dəqiq qərar yoxdur. Hazırda onun gedəcəyi və ya qalacağı qeyri-müəyyən olaraq qalır.


Digər tərəfdən, mövsüm finalında layihədə ciddi ayrılıqlar baş verib. Ekran işinin son seriyasında Burç Kümbetlioğlu, Alper Çankaya və Ferit Kaya heyətdən ayrılıb.
Bu vidalaşmalar sosial şəbəkələrdə böyük rezonans doğurub. (demokrat.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью