“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi (Video)

19.09.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin məşhur serialı "Uzak şehir"də "Demir" obrazını canlandıran aktyor Ferit Kaya maraqlı paylaşımı ilə diqqət çəkib.

Milli.Az bildirir ki, aktyor avtomobil idarə edərkən Azərbaycanın görkəmli sənətkarı Şövkət Ələkbərovanın ifasında səslənən "Söz olmasaydı" mahnısını dinləyib.

Ferit Kaya həmin anları videoya çəkərək sosial media hesabında paylaşıb. Azərbaycanın klassik musiqi irsinin nümunələrindən birinin Türkiyənin tanınmış aktyoru tərəfindən dinlənilməsi izləyicilərin də diqqətindən yayınmayıb. (Musavat.com)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью