Uzanaraq kitab oxuyanların diqqətinə!

26.06.2025

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Bəzi insanlar uzanaraq kitab oxumağı sevir.

Kimisi bunu rahatlıq, kimisi də adət etdiyini deyir.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, uzanaraq kitab oxumaq bir sıra sağlamlıq problemlərinə yol aça bilər: 

“Uzanaraq oxumaq zamanı ilk zərər görən orqanlardan biri gözlərdir. Bu da göz əzələlərinin həddindən artıq işləməsinə səbəb olur. Uzanaraq oxumaq rahat görünsə də, fizioloji baxımdan əlverişli deyil. İstər kürəklə, istər yan, istərsə də qarın üstə uzanmaq – hamısı onurğa və əzələləri qeyri-təbii mövqeyə salır.

Uzun müddət bu vəziyyətlərdə qalmaq xroniki bel və boyun ağrılarına, gərginlik səbəbli baş ağrılarına və qan dövranının pozulmasına gətirib çıxara bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью