Uzaq ol şər yolundan, haqsızlıqla barışma ... VİDEO | Icma.az
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yeni paylaşım edib.
"Unikal" xəbər verir ki, Leyla Əliyeva yeni şeirini sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Həmin şeiri təqdim edirik: Kim dedi ki, inanma, səadətə inanma Hər arzunu bərk-bərk gizlə baxışlarıntək.
Kim dedi ki, dayanma, öz yolunda dayanma, Başqa rahat bir yola düşməyəsən sən gərək.Yeyib doymayanların yolu bu yol deyildir.
Azadlığın özüdür bu yolun sağı, solu, Bu yol ilə gedənlər seçilibdir bir- bir Yalandan, şərdən uzaq həqiqətin tək yolu.Sizlərə kim dedi ki, məğrurluqdan utanın Yalana tapının siz, həqiqətdən yan keçin.
Boşluq atıb-tutacaq sizi, siz bir dayanın Ancaq həqiqət yolu, ancaq o yolu seçin.Ölüb getsə də əgər ən dərin hissiniz Dağılsa da keçmişin məsumluğu yenə də.
Əzablı- əziyyətli həqiqəti seçin siz O itmiş xoşbəxtliyi gözləyin siz yenidən.İnan ki, o gələcək, gəlməyə bilməz axı Səssiz – səssiz arxanca sürünən nəfəs kimi Sən bu zaman bil ki, sən göylərin yaratdığı Bir xilqətsən – qüdrətli, məğrur, gözəl, səmimi.Ötüb keçən zamanı saxla, özün də dayan.
Tam oxu
Xəbəri oxu