“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

28.11.2024

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 27-də Sloveniyanın Nova-Qoritsa şəhərində “Uzaq sahillərdə” bədii filminin ilk dəfə sloven dilində nümayişi baş tutub.
Kulis.az xəbər verir ki, “Mixaylo” ləqəbi ilə tanınan əfsanəvi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (1918-1944) vəfatının 80 illiyinə həsr olunmuş nümayiş Şempas qəsəbəsinin mədəniyyət mərkəzində keçirilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə tərcümə edilmiş filmin nümayişi Azərbaycan-Sloveniya Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilib. Filmi AKİ-nin katibi Tahir Tahiroviç tamaşaçılara təqdim edib
Şəhər ictimaiyyətinin və veteranların iştirakilə baş tutan tədbir maraqla qarşılanıb.

Serdar Ortaçın sosial media hesabları bağlanılıb Mühafizə olunan qədim kitabların sərgisi təşkil edilib Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью