Uzaqdan idarə olunan robotu “süni intellekt” kimi təqdim etdilər VİDEO

05.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Tehranda keçirilən texnologiya sərgisində operator tərəfindən uzaqdan idarə olunan robot “süni intellekt” məhsulu kimi nümayiş etdirilib.
Bizim.Media “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, yayılan görüntülərdə robotun hərəkətlərinin uzaqdan operator tərəfindən idarə edildiyi görünür. Buna baxmayaraq, robot sərgidə süni intellekt texnologiyası kimi təqdim olunub.
Təqdimat sosial mediada müzakirələrə səbəb olub. İstifadəçilər robotun real süni intellekt imkanlarına malik olmadığı halda bu şəkildə təqdim edilməsini İranın texnologiya sahəsindəki imkanlarının şişirdilməsi kimi qiymətləndiriblər.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью