Üzərində Polad Həşimovun şəkli olan 3000 manatlıq əskinas...

11.12.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə yeni 3000 (üç min) manatlıq əskinasın görüntüləri yayılıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, əsginasın bir üzündə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəkli, digər üzündə isə Şuşa qalası əks olunub.

Məsələ ilə bağlı Mərkəzi Bankdan bildirilib ki, görüntülər saxtadır:

"Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının nominal strukturu yeddi ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və altı ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir. Tədavüldə olan milli pul nişanlarına dair məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью