Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Ceyranbatan qəsəbəsində üzərinə beton lövhə düşən 46 yaşlı fəhlə ölüb.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində yerləşən beton zavodunda baş verib.
1979-cu il təvəllüdlü Saməddin Nurəddin oğlu Rüstəmov zavodda qaynaq işi görərkən üzərinə beton lövhə aşması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.