Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır. ABŞ-nin Kornel Universitetinin mühəndisləri üzərinə düşən işığın 99,87 faizini udan
Nanotexnologiya ilə hazırlanan material, işığı demək olar ki, tamamilə udaraq ultra-qara görünüş formalaşdırır.
Alimlər yeni parçanın digər oxşar texnologiyalarla müqayisədə daha ucuz və asan istehsal olunduğunu bildirirlər.
BAKU.WS xəbər verir ki, materialın hazırlanması üçün ağ merinos yunu əvvəlcə sintetik melanin polimeri olan polidopaminlə örtülüb, daha sonra parça plazma mühitində nanofibril adlanan mikroskopik strukturlarla oyulub.
Parçanın qaranlığı məhz bu nanohissəciklərin işığı içəridə "tutmasından" qaynaqlanır.
Mühəndis Hansadi Jayamaha deyib: "İşıq bu nanostrukturların arasında qalıb geri əks olunmur.
Ultra-qara effekti yaradan məhz budur." Yeni texnologiya dizayn üçün təbiətdən ilham alıb.
Parçanın hazırlanma prinsipi Yeni Qvineya və Şimali Avstraliyada yaşayan rifle quşunun (Magnificent Riflebird) ultra-qara tüklərindən götürülüb.