Üzərinə təcili tibbi yardım gəldi ÖZƏL

22.11.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdən xəbər var.

Gununsesi.infonun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, dünən gecə saatlarında sabiq PA rəhbərinin səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb.

Amma dövlətin Təcili Tibbi Yardım Xidmətinə etibar etməyən Ramiz Mehdiyevin ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb.

İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir.

Qeyd edək ki, Ramiz Mehdiyev DTX-nın İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunub.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Mehdiyev dövlət çevlişinə cəhd və hakimiyyəti zorla ələ keçirmə cinayətinə ittiham olunur.

Elmar Elnuroğlu

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью