Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün yazıçı, jurnalist və tərcüməçi Ceyhun bəy Hacıbəylinin anım günüdür.
Kulis.az Aslan Kənanın "Ceyhun Hacıbəyli haqqında" yazısını təqdim edir.
Mühacir ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan C.Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşa şəhərində anadan olmuşdur.
Ceyhun bəy ilk təhsilini əvvəl Şuşada almış, sonra Bakıda rus-tatar məktəbində davam etdirmişdir.
Üzeyir bəyin məşhur "Leyli və Məcnun" operasının yaranmasında Ceyhun bəyin də yaxından köməyi olmuşdur.
Bu, Ceyhun bəyin şəxsi sənədlər arasında saxlanılan "İlk Azərbaycan operası necə yaranmışdı" xatirə yazısında öz əksini tapmışdır.
Xatirə yazısında C.Hacıbəyli Üzeyir bəy tərəfindən yazılan "Leyli və Məcnun" operasının yaranmasında bəstəkara texniki işlərdə yaxından kömək etməklə 12 yanvar 1908-ci ildə göstərilən həmin tamaşada İbn Səlam və Nofəl rollarında ilk dəfə səhnəyə çıxdığını bildirir.