Üzgüçülük Federasiyasının “ASF Konfransı 2025” adlı tədbiri keçirildi Fotolar | Icma.az
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq. Bu gün “Hilton Baku” otelində Azərbaycan Üzgüçülük Federasiyasının “ASF Konfransı 2025”
Federasiyanın 2025-2029 illəri əhatə edən strategiyası ictimaiyyətə təqdim olunub, gələcək inkişaf istiqamətləri haqqında bəhs edilib.
“Qafqazinfo” xəbər veir ki, tədbir ASF-nin prezidenti Zaur Əliyevin çıxışı ilə başlayıb.
O, Federasiyanın son 6 ay ərzində gördüyü işlər və strateji planlarla bağlı məlumat verib.
Daha sonra prezident milli komandaların beynəlxalq arenada əldə etdiyi son nəticələr, qarşıdan gələn mühüm yarışlar və tətbiq edilmiş digər yeniliklər haqqında danışıb.
Gənclər və idman naziri Fərid Qayıbov, ardınca elm və təhsil naziri müavini Firudin Qurbanov çıxış ediblər.
Fərid Qayıbov qeyd edib ki, birgə səylər nəticəsində bir çox insan üzməyi öyrənəcək.
Nazir üzgüçülüklə məşğul olanların sayının ötən illərə nisbətən 2 dəfə artdığını vurğulayıb.
Tam oxu
Xəbəri oxu