“Üzgüçülük hamı üçün” layihəsinin final yarışları başlayıb

04.06.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Bakı Su İdman Sarayında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin iştirakçılarının “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi başlayıb.

İdman.Biz xəbər verir ki, final mərhələsinə gənclər idman naziri Fərid Qayıbov, üzgüçülük federasiyasının prezidenti Zaur Əliyev və digər rəsmi şəxslər qatılıblar.

Tədbirdə çıxış edən Fərid Qayıbov bütün qonaqları, idmançıları salamlayıb hamıya uğurlar arzu edib.

“Üzgüçülük hamı üçün” layihəsi üzgüçülüyün və sağlam həyat tərzinin təbliği, eləcə də yeni münasibətlərin qurulması və türk dövlətlərinin birliyini tərənnüm etmək məqsədi daşıyır.

Şəhriyar Səmədov

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью