Üzgüçülük üzrə Azərbaycan milli komandası təlimməşq toplanışını başa vurdu | Icma.az
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Üzgüçülük üzrə Azərbaycan milli yığma komandası Mingəçevir şəhərində yerləşən Kür Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını sona vuraraq Bakıya qayıdıb.
Azərbaycan Üzgüçülük Fedrasiyasının mətbuat xidmətindən verilən məlumata görə Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə noyabr ayının 5-dən başlayaraq keçirilən hazırlıqlarda 16 üzgüçü və 5 məşqçi iştirak edib.
Komanda hər biri 3 saat olmaqla gündə iki dəfə məşq ediblər.
Yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun bildirdiyinə görə təlim-məşq toplanışının məqsədi qarşıdan gələn iki vacib yarışlara hazırlıqdır:“5-24 noyabr tarixlərində bütün milli komanda tam heyətlə təlim-məşq toplanışına qatıldı.
Təlimlərin əsas məqsədi 27-30 tarixlərində Bakı Su İdmanı Sarayında təşkil olunacaq Azərbaycan Açıq Qış çempionatına və ən əsası isə 18-23 dekabr tarixlərində Estoniyanın Tartu şəhərində keçiriləcək Açıq Estoniya Qış çempionatına hazırlıqdır.
Milli komandanın yetirmələri Azərbaycan çempionatına yüklü formada çıxacaqlar.
Yəni ki, təlim-məşq toplanışının ardından yarışlarda iştirak edəcəklər.
Tam oxu
Xəbəri oxu