Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaponiyanın keçmiş baş naziri Tomiiçi Murayama 102 yaşında vəfat edib.
“Cebhenfo.az” bu barədə “Kyodo” Xəbər Agentliyinə istinadən xəbər verir.
Murayama 1994-cü ilin iyunundan 1996-cı ilin yanvarına qədər baş nazir vəzifəsində çalışıb. Üç partiyanın - Sosialist Partiyası, Liberal Demokratik Partiyası və kiçik Sakigake Yeni Partiyasının yaratdığı koalisiya kabinetinə rəhbərlik edib.
Murayama 1995-ci ildə dərc olunmuş, Yaponiya müstəmləkəçiliyi və təcavüzündən əziyyət çəkən bütün Asiya ölkələrindən rəsmi üzr istədiyi bəyanatı ilə məşhurdur.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin