Üzr istədilər... Bu, sadəcə bəxtsizlikdir”

20.06.2026

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə milli komandası dünya çempionatında uğursuz çıxışını erkən başa vurub. Ardıcıl iki məğlubiyyət alan "ay-ulduzlular" qrup mərhələsini keçə bilməyərək turnirlə vidalaşıblar. 

"AzPolitika" xəbər verir ki, oyundan sonra komandanın kapitanı Hakan Çalhanoğlu və Arda Gülər azarkeşlərə müraciət edərək məyusluqlarını ifadə ediblər.

Zərbələr vururuq, qol olmur. Top dirəkdən qayıdır. Bu, sadəcə bəxtsizlikdir”, – deyə Hakan Çalhanoğlu bildirib.

Kapitan rəqibin cəmi bir dəqiq zərbə ilə qələbə qazandığını vurğulayaraq əlavə edib: Söz tapmaq çətindir. Əlimizdən gələnin hamısını etdik, amma alınmadı. Xalqımızdan üzr istəyirəm, gənc komandayıq. Qarşıda bizi hələ çox turnirlər gözləyir. Bəlkə də bu, mənim son turnirim ola bilər, amma gəlin gənc oyunçularımıza sahib çıxaq və onları dəstəkləyək”.

Komandanın gənc futbolçusu Arda Gülər də nəticəyə görə üzr istəyib: Utanırıq. Çox böyük klublarda oynayırıq və bunu meydanda da göstərməliyik. İki oyunda qol vura bilmədik. Milli komanda karyeram boyunca bu turniri unutdurmaq üçün əlimdən gələni edəcəyəm. Xalqımızdan üzr istəyirik”.

Qeyd edək ki, Türkiyə yığması qrup mərhələsində əvvəlcə Avstraliyaya 0:2, daha sonra isə Paraqvaya 0:1 hesabı ilə məğlub olaraq dünya çempionatı ilə erkən vidalaşıb.

Elman

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью