Icma.az, Azertag portalına istinadən məlumat verir. Bakı, 10 may, AZƏRTAC Bioloji yaşın xəstəlik nəticələrini proqnozlaşdırmaqda obyektiv gö
ABŞ-dakı “Mass General Brigham” xəstəxanasının professoru Hüqo Erts və həmkarları “FaceAge” adlandırılan alqoritmi sayəsində xərçəng xəstələ
AZƏRTAC “Science Daily” portalına istinadla xəbər verir ki, araşdırma çərçivəsində ictimai məlumat bazalarından sağlam fərdlərə aid 58 851 ü
Sonra bu alqoritm radioterapiya müalicəsi qabağı fotoları çəkilmiş 6196 xərçəng xəstəsi üzərində sınaqdan keçirilib.
Alqoritm xərçəng xəstələrinin sağlam insanlarla müqayisədə orta hesabla beş yaş daha yaşlı göründüyünü aşkar edib və bu fərq ümumi sağ qalma ehtimalları ilə sıx əlaqəli olub.
Xərçəng xəstələri arasında daha yaşlıları cins, xronoloji yaş və xərçəng növü kimi dəyişənlərə düzəliş edildikdən sonra daha pis sağ qalma nəticələri göstəriblər.
Ən diqqətçəkən müşahidələrdən biri “FaceAge”in palliativ radioterapiya alan xəstələrin ömür proqnozlarında daha dəqiq nəticələr göstərməsi olub.
Klinik kontekstə baxmayaraq, mütəxəssislərin proqnozları yalnız təsadüfi ehtimaldan bir qədər üstün olub.