Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Payız və qış aylarında soyuq hava, külək, istilik sistemləri üz dərimizə çox mənfi təsir edir - dəri quruyur, qabıq verir, öz elastikliyini itirir, dartınır.
Bu problemlərlə mübarizə etmək üçün kosmetoloqların bu kimi tövsiyələrindən istifadə edin: - Suyun qəbulunu artırın.
Qış aylarında insanlar daha az su içir. Bu isə susuzlaşmaya səbəb olur.
Susuzlaşma ilk növbədə özünü dərinin vəziyyətinin pisləşməsində göstərir. - Evinizin havası çox quru olmamalıdır.
Bu həm selikli qişaların, həm də dərinin qurumasına səbəb olur.
Evin havasını tez-tez dəyişin, xüsusi havanı nəmləndirən cihazlardan istifadə edin. - Qışda skrablardan daha az istifadə olunur.
Lakin yumşaq skrabların istifadəsi qabıqvermə problemini həll etməyə kömək edir.