Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq. Üzüm ən faydalı meyvələrdən biridir.
Lakin mütəxəssislərin fikrinə görə, üzüm çəyirdəkləri üzümün özündan daha faydalıdır.
Alimlər sübut edib ki, üzümün tərkibində olan faydalı maddələrin 80%-i məhz onun çəyirdəklərindədir.
Saglamolun.az bildirir ki, üzüm çəyirdəkləri tibdə və kosmetologiyada çox qiymətli müalicəvi məhsul sayılır.
Üzüm çəyirdəklərdən yağ, müxtəlif müalicəvi ekstraktlar hazırlanır. Üzüm çəyirdəyi E vitamini ilə olduqca zəngindir.
Bu vitamin ən güclü antioksidantlardan biridir. Antioksidantlar insan orqanizmini müxtəlif ziyanlı təsirlərdən qoruyur.
E vitamini üzüm çəyirdəyi yağında zeytun yağı ilə müqayisədə 10 dəfə çoxdur.
Üzüm çəyirdəyinin tərkibində olan Omeqa-6 yağlı turşular damarları aterosklerozdan qoruyur.