“Üzümüzdə yazılan” xəstəliklər | Icma.az
Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəstənin görünüşü, reaksiyalarının xarakteri, nitqi, gözlərinin ifadəsi və bədən qoxusu diaqnozda böyük rol oynaya bilər.
Saglamolun.az publika.az-a istinadla xəbər verir ki, bu sözləri “gazeta.ru”-ya endokrinoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Valentin Fadeyev deyib.
Həkimin sözlərinə görə, xəstələrlə işləyərkən hazırda tibb universitetlərində tədris olunmayan fizioqnomiya çox vacibdir.
Buna görə də Fadeyev xəstələrdən maskalarını çıxarmağı xahiş edir, çünki maska ona lazım olan məlumatı əldə etməyə mane olur.
O, qeyd edib ki, tiroid vəzi problemləri “Üzdə yazılan” xəstəliklər arasında gəlir. “Qreyvs xəstəliyi ən sadə misaldır.
Gözlərin qabarıqlaşması endokrin orbitopatiyanın əlamətidir.
O, xarakterik mimika, göz qırpması və gözlərin hərəkəti ilə müşayiət olunur”, - həkim bildirib.
Tam oxu
Xəbəri oxu