Uzun illərdir davam edən su problemi: Vəziyyətimiz çox ağırdır VİDEO

27.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Lənkəran rayonunun Boladi kəndində içməli su problemi uzun illərdir həllini tapmayıb.
Bizim.Media xəbər verir ki, Baku TV-nin məlumatına görə, kəndin təxminən üçdə iki hissəsində sakinlər su çatışmazlığından əziyyət çəkirlər.
Bu səbəbdən vətəndaşlar içməli suyu pulla almağa məcbur olurlar.

"Suyumuz pisdir, duzludur. Hər ay suya 50 manat pul veririk. Xahiş edirik, kəndimizə də su çəkilsin. Bizim həyətimizə də su verilsin. Maşın gəlir, su alırıq. Su çatmadığı üçün paltar yumaq, yemək bişirmək kimi gündəlik ehtiyaclarımızı qarşılaya bilmirik", - deyə kənd sakini bildirib.

Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nizami Hüseynov bildirib ki, ərazidə içməli suya tələbat yüksəkdir və problemin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət olunub.
"Bununla bağlı dövlət qurumları tərəfindən müəyyən layihələr hazırlanıb və yuxarı təşkilatlara təqdim olunub. Yaxın gələcəkdə su təminatının yaxşılaşdırılması üçün müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub", - deyə Nizami Hüseynov bildirib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью