Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünya üzrə 9 milyon gəncin məlumatları təhlil edilib.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı məşhur “The Lancetdə” tibb jurnallar tərəfində aparılan araşdırmaların nəticələri dərc olunub.
Belə ki, gündə iki saatdan çox ekran qarşısında vaxt keçirmək depressiya və daha pis psixi sağlamlıqla əlaqəlidir.
Məlumata əsasən, ekranda uzun müddət vaxt keçirmə vərdişi dünya üzrə hər il 2,8 milyon illik psixi xəstəlik yükünə səbəb olur.
Araşdırmaya görə, ekran istifadəsinin piylənmə ilə əlaqələndirilən sağlamlıq yükü dünya üzrə 240 min sağlam il itkisinə səbəb olur.
Tədqiqatçılar bunun əsas səbəblərindən biri kimi sosial media və telefon istifadəsinin yuxu, fiziki fəaliyyət və üz-üzə ünsiyyətin yerini tutmasını göstərirlər.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin