Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI | Icma.az
Icma.az, Saglamolun saytına istinadən bildirir. Sağlam insan gün ərzində 8 dəfədən çox olmayaraq, gecə isə 1 dəfədən çox olmayaraq sidik ifr
Bu zaman insan ağrı, narahatçılıq hiss etməməli, sidik sərbəst axmalı, insan sidik ifraz etmək üçün gücənməməlidir.
Sidik ifrazının tezliyi müxtəlif səbəblərdən - mayenin qəbulundan, qidalanmadan, havanın temperaturundan, insanın fərdi xüsusiyyətlərindən və s.
asılı ola bilər. Stress, soyuqlama, hamiləlik sidik ifrazının tezliyini artırır.
Qadınlar fizioloji xüsusiyyətlərə görə daha tez-tez sidik ifraz edir.
Bəzi xəstəliklər (sistit, böyrək daşı xəstəliyi, piyelonefrit, qadınlarda ginekoloji xəstəliklər, kişilərdə prostat vəzi xəstəlikləri, şəkərli diabet və s.) sidik ifrazının tezliyini artırır.
Saglamolun.az bildirir ki, gecə saatlarında 1 dəfədən artıq sidik ifraz etmək normal sayılmır.
Əgər siz gecə saatlarında tez-tez tualetə getmək üçün oyanırsınızsa, mütləq həkimə müraciət edin.
Tam oxu
Xəbəri oxu