Uzun müddət sonra birlikdə görüntüləndilər

09.08.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şahzadə Harri və Meqan Markl Kanadada keçirilən qala gecəsində birlikdə görüntüləniblər.

Axşam.az-ın məlumatına görə, bu, cütlüyün iyulda Böyük Britaniyaya səfərindən sonra ilk birgə ictimai görünüşü olub. Həmin səfərdə onların övladları – şahzadə Arçi və şahzadə Lilibet də iştirak edib.

Harri və Meqan cümə günü Devid Foster Fondunun 40 illiyinə həsr olunan tədbirin əsas qonaqları arasında yer alıblar. Cütlük qırmızı xalçada olduqca xoşbəxt görünüb və kameralar qarşısında gülümsəyib.

Meqan gecə üçün kanadalı “Greta Constantine” brendinə məxsus tünd-göy rəngli, uzun və çiyinsiz libas seçib. O, görünüşünü sapfir və brilyant qaşlı sırğalarla tamamlayıb. Bildirilir ki, həmin zinət əşyaları əvvəllər şahzadə Dianaya məxsus olub.

Şahzadə Harri isə klassik qara smokinq və papyon taxıb.

Qeyd edək ki, Harri və Meqan Devid Foster və onun həyat yoldaşı, müğənni Ketrin Makfi ilə dostluq edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью