Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirli uzun müddətdən sonra sosial media hesabında paylaşım edib.
"Unikal" xəbər verir ki, Nicat Şakirli bundan əvvəlki bütün paylaşımlarını silib.
Xatırladaq ki, 2023-cü ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində bloqerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Nikosayağı”ya 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə təyin olunmuş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini uyğun hesab edib.