Uzun müddət subay qalmaq gəncləri bədbəxt edir

03.02.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Uzun müddət subay qalan 16–29 yaş arası gənclərin həyat məmnuniyyətinin azaldığı, yalnızlıq və depressiv hisslərin isə artdığı müəyyən edilib.

Ölkə.az xəbər verir ki, İsveçrənin Zürih Universitetində aparılan araşdırmaya görə, bu vəziyyəti gücləndirən əsas faktorlar arasında kişi cinsindən olmaq, yüksək təhsil səviyyəsi və tək yaşamaq yer alır.

Tədqiqat nəticələri göstərir ki, gənclərin yaşadığı ilk romantik münasibət onların psixoloji vəziyyətinə müsbət təsir edir. Belə ki, ilk münasibətdən sonra yalnızlıq hissi azalır, həyat məmnuniyyətində isə nəzərəçarpacaq yaxşılaşma müşahidə olunur.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью