Uzun müddət televizor izləyənlərin beynində bu dəyişiklik olur

06.08.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Alimlərin 20 ildən çox davam edən araşdırması göstərib ki, orta yaş dövründə uzun müddət televizora baxmaq sonrakı illərdə beyin həcminin kiçilməsi və yaddaşın zəifləməsinə səbəb olur.

Lent.az xəbər verir ki, xüsusilə qərarvermə və görmə ilə bağlı beyin nahiyələrində dəyişikliklər, eləcə də idrak geriləməsi riskinin artdığı müəyyən edilib.

Tədqiqat həmçinin göstərib ki, masa arxasında işləmək və ya oxumaq, tapmaca həll etmək kimi zehni fəaliyyətlər beyin üçün eyni dərəcədə zərərli deyil.

Mütəxəssislər televiziya qarşısında passiv şəkildə uzun müddət oturmağın əvəzinə, zehni aktiv saxlayan fəaliyyətlərə üstünlük verməyi tövsiyə edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью