Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

28.06.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

"Mançester Yunayted" və Uruqvay milli komandasının yarımmüdafiəçisi Manuel Uqarte uzun müddətlik sıradan çıxıb.

QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, bu gün aparılan MRT müayinəsindən sonra futbolçunun dizinin çarpaz bağlarının qopduğu təsdiqlənib. Bu zədə səbəbindən onun uzun müddət futboldan kənarda qalacağı bildirilir.

Qeyd edək ki, Uqarte DÇ-2026-da Uruqvay yığmasının heyətində üç matçda iştirak edib. O, İspaniyaya qarşı keçirilən oyunda zədələnərək 45-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. 

Xatırladaq ki, həmin görüşdə İspaniyaya məğlub olan Uruqvay millisi qrup mərhələsini cəmi 2 xalla başa vuraraq turnirlə vidalaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью